​Bütün bunların günahkarı Trampdır - Duterte

Baxış sayı:
3013

Filippin Prezidenti Rodriqo Duterte ölkəsində baş verən iqtisadi böhrana görə ABŞ Prezidenti Donald Trampı günahlandırıb.
Muxalifet.az xəbər verir ki, o, ölkəsindəki inflyasiyanın Donald Trampın iqtisadi siyasətinin nəticəsi olduğunu söyləyib. Duterte Trampım idxal vergilərini artırmasından şikayətlənib:
“Bunu ABŞ başladıb. ABŞ tarifləri artırdıqca hər kəs öz tariflərini artırıb. Buna görə heç nə edə bilmirik”.