​Buraxılış imtahanının nəticələri açıqlandı

Baxış sayı:
6886

Dövlət İmtahan Mərkəzi XI siniflər üzrə aprelin 7-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
DİM-dən Muxalifet.az-a verilən məlumata görə, abituriyentlər iş nömrələrini 7727 qısa nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.
Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
Qeyd edək ki, aprelin 7-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı verib.