Buranın təhlükəsizliyini biz təmin etməliyik - Akar

Baxış sayı:
8047

Fəratın şərqindəki 440 kilometrlik sərhəd xəttində yaradılması nəzərdə tutulan təhlükəsizlik bölgəsində YPG terror təşkilatı olmamalı və bölgənin təhlükəsizliyi Türkiyə tərəfindən təmin edilməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar müvəqqəti olaraq ABŞ müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahanla görüşü zamanı deyib. O bildirib ki, iki ölkə arasında ən böyük əngəllərdən biri PKK terror təşkilatıdır:
“Kürdlər bizim qardaşımızdır. Bizim tək hədəfimiz terrorçulardır. Bəziləri PKK-nı kürdlər olaraq xarakterizə edir. Bu son dərəcə səhvdir. Unudulmamalıdır ki, PKK və YPG eynidir. Buna görə, YPG terror təşkilatının bölgədən çıxarılması sərhədlərimizin və xalqımızın təhlükəsizliyi baxımından ən əhəmiyyətli məsələdir. Türkiyə cənub sərhədində terror dəhlizi yaradılmasına əsla icazə verməyəcək”.
Hulusi Akar Türkiyənin Qərbdən uzaqlaşması iddialarına isə, “Türkiyə Qərbdən uzaqlaşmadı, NATO da başda olmaqla, bütün məsuliyyətini tam şəkildə yerinə yetirməyə davam edir”, - deyə cavab verib.