​Burak Yılmaz “Trabzonspor”dan pullarını ala bilmir

Baxış sayı:
3151

“Layiq olduğum pulu tələb edirəm”

Burak Yılmaz  “Trabzonspor” klubunu Türkiyə Futbol Federasiyasına şikayət edib. Klubdan 800 min avro alacağı olan Burak Yılmaz son günlər haqqında gəzən xəbərlər barədə açıqlama verib. “Karadeniz Gazetesi”-nə danışan Burak Yılmaz “Hər futbolçu bunu etməlidir. Lazım gələrsə yenə bunu edəcəyəm” deyib.
33 yaşlı futbolçu əlavə olaraq bildirib ki,  “Başqasının pulunu yox, özümün layiq olduğum pulu tələb edirəm. TFF-yə etdiyim şikayətdən klubumun xəbəri var. Eyni şikayətdən “Trabzonspor” klubuna da etmişəm. Lakin onlar bunu görməməzlikdən gəlib. Başqa yolum yox idi”.
Qara dəniz klubunda forma geyən Burak Yılmaz əlavə olaraq bildirib ki, “Mənim işim futboldur. Klubun oyunçuyamsa maaşım ödənməlidir. Hazırda zədəliyəm. Zədəm keçməmiş oynamaq fikrim də yoxdur” deyib.