Burak Özçiviti əsgərlər XİLAS ETDİ - Dəhşətli anlar - VİDEO

Baxış sayı:
8980

Rumıniya və Qazaxıstandan sonra Beyruta iş səfərinə yollanan Burak Özçivit dəhşətli anlar yaşayıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Beyrutda məşhur ticarət mərkəzində fanatları ilə görüşüb. Lakin minlərlə fanatının onu görmək üçün ticarət mərkəzinə toplanması izdihama səbəb olub. Ön qapıdan keçə bilməyən ulduz içəri qaraj qapısından daxil olmaq məcburiyyətində qalıb. Buna baxmayaraq, inanılmaz izdihamdan dolayı çətin anlar davam edib.
Mühafizə xidməti onu fanatların əlindən xilas etmək üçün bir mağazanın anbarına qaçırıb. 2 saat anbarda qalan Özçivit Livan əsgərlərinin müdaxiləsiylə çölə çıxa bilib.