Burada insanlar pul ödəyib, könüllü məhkuma çevrilirlər – FOTOLAR

Baxış sayı:
2386

Cənubi Koreyada inşa edilən süni həbsxana məhkumları ilə diqqəti çəkir. Bu həbsxanada məhkumlar cinayət əməlinə görə deyil, əksinə özləri pul ödəyərək içəri girirlər.

Muxalifet.az dünyanın ən maraqlı həbsxanası haqqında maraqlı bilgiləri təqdim edir.

İçəri girən şəxslər telefonlarını təslim edir, bir-biriləri ilə danışmaq qadağandır və saatdan belə, xəbərləri olmur. Əslində bura bir oteldir. "Prison Inside Me" (İçimdəki həbsxana) adı verilən bu otelə beynini dincəltməyi sevən insanlar daha çox üz tutur.

Картинки по запросу Республика Корея

Buraya üz tutan insanlar daha çox ofislərdə çalışanlar və tələbələrdir. Burada dincələn insanların əsl həbsxananın bu oteldən sonra gedəcəkləri yer olduğunu deyir.

Xüsusilə də həftəsonları bütün otaqları dolu olan bu otel və orada dincələn insanlar koreyalı bir fotoqraf tərəfindən görüntülənib.

Fotoqraf oradakı insanlarla söhbət edərək “həbsxana” haqqındakı fkirlərini də öyrənib. Ziyarətçilər otaqlarına qapadılmadıqdan öncə bir neçə saat açıq havada gəzir, daha sonra isə terapiya başlayır.

Картинки по запросу Тюрьма

Oteldə otaqlarda yalnız bir pəncərə olur. Hər gün eyni saatda davamlı olaraq hər müştəriyə yemək servis edilir. Buradakı qaydalara tam uyan şəxslər sonda sertifikatla da mükafatlandılır.

Картинки по запросу Тюрьма

Otelin sahibi buranı inşa etdiyi üçün çox məmnun olduğunu bildirir. O, qeyd edir ki, burada terapiya görən insanlar 1-2 ay sonra yenə geri dönür. O, bununla dünyadakı və cəmiyyətdəki gərginliyin nə qədər ağır olduğunun göz önündə olmasını dilə gətirib./musavat.com

Картинки по запросу Тюрьма

Картинки по запросу Тюрьма

Картинки по запросу Тюрьма