​“Bunun üzərində çox işləməlidirlər...” – TRAMP RƏQİBİ HAQDA

Baxış sayı:
1654

ABŞ prezidenti Donald Tramp 2020-ci prezident seçkilərindən böyük zəfərlə çıxacağını deyib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Merilənd əyalətində Mühafizəkar Siyasi Hərəkat Konfransında çıxş edən Tramp 2020-ci il seçkilərində son seçkilərdən daha yaxşı işlər görəcəyini və daha böyük qələbə çalacağını qeyd edib.
Mühafizəkar kütləyə xitab edən prezident özünü respublikaçıdan daha çox mühafizəkar hiss etdiyini bildirib.
Tramp demokratçıların Nümayəndələr Palatasına təqdim edilən “Yaşıl Yeni Razılaşma”sını hədəf almağı da unutmayıb. Tramp bu barədə lağlağı ilə danışıb: “Bunun üzərində çox işləməlidirlər. Təyyarə yox, enerji yox. Külək dayananda elektrikin sonu gələcək. Tələsməliyik. Sevgilim, bu gün külək əsir. Televiziyaya baxmaq istəyirəm, sevgilim”.