​"Bunu keçirtməyə ehtiyac yoxdur" — Deputat "Qarabağ mitinqi"ndən DANIŞDI

Baxış sayı:
238

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev "Qarabağ" İctimai Komitəsi tərəfindən noyabrın 24-nə təyin edilən "Qarabağ mitinqi" ilə bağlı danışıb.
F.Quliyev "Ölkə.Az"-a açıqlamasında deyib ki, əgər "Qarabağ mitinqi" oktyabrın 29-da keçirilən mitinq kimi olacaqsa, bunu keçirtməyə ehtiyac yoxdur:
"Açığı mən birinci mitinqdə iştirak etmək üçün partiya üzvlərinə çağırış etmişdim. Ancaq həmin mitinqdə Qarabağdan savayı hər şeydən danışıldı. İndi mən gərək araşdırma aparım ki, noyabrın 24-nə təyin edilmiş növbəti mitinqdə kimlər olacaq. Bundan sonra həmin mitinqdə iştirak etməyə dəyib, dəyməyəcəyi barədə qərar verilə bilər. Mən deputat kimi beynəlxalq və Avropa tribunalarında daha çox Qarabağla bağlı məsələni qaldırıram. 
Hesab edirəm ki, Dağlıq Qarabağla bağlı mitinq təşkil edilsə belə, oktyabrın 29-da keçirilən mitinq kimi olmamalıdır.  Bu cür zif təşkil olunmuş mitinqlərə ehtiyac yoxdur. Çünki bu cür mitinqlərdə qoyulmuş məsələlər, urvatdan salıcı fikirlər, milli birliyi zədələyəcək çıxışların edilməsi, şəxsi ambisiyalar uğrunda mübarizə və sairə kimi məsələlər gündəmə gətirilir. Halbuki, bizim Dağlıq Qarabağ uğrunda mübarizəmiz bu cür niyyətlərlə deyil. Hər birimiz bütün kənar ambisiyaları kənara qoyub, Qarabağ uğrunda mübarizə aparmalıyıq".