​Bunu etsələr, sanksiyaları ləğv edəcəyik - Pompeo

Baxış sayı:
5419

Şimali Koreya öhdəlikləri yerinə yetirərsə, ABŞ bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv edəcək. Muxalifet.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib. “Məqsədimiz Şimali Koreyanın nüvəsizləşməsidir. Bu barədə vədlərini yerinə yetirdiklərindən sonra sanksiyalara son qoyulacaq”, - dövlət katibi qeyd edib.