​Bunu ABŞ-ın üzünə ancaq Ərdoğan deyir - Nazir

Baxış sayı:
3118

Bütün dünya qəbul edir ki, ABŞ terrorla mübarizə adı altında İraq və Əfqanıstanı işğal edərək terrorçulara dəstək verir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“ABŞ-ın üzünə deyə bilməsələr də, qəbul edirlər ki, bu ölkə terrorçuları dəstəkləyir. Bunu ABŞ-ın üzünə deyə bilən tək ölkə Türkiyə, tək prezident Rəcəb Tayyib Ərdoğandır. Bu gün sırf ideologiyadan dolayı PKK-nı terror qrupları sırasından çıxarmağa çalışanlar var. Hər kəsin ideologiyasına, siyasi baxışına hörmətimiz var. Xalq da onun ideologiyasına dəstək verər, yaxud verməz. Lakin dağdakı terrorçu ilə Avropa Parlamentində oturan deputat arasında fərq olmalıdır”, - XİN rəhbəri bildirib.