​“Bunlar İlham Əliyevin gördüyü işlərə kölgə sala bilmir” – Hadı Rəcəbli: “...çox eybəcər addımlar atılır”

Baxış sayı:
6520

“Bu gün çox eybəcər elektron müharibə gedir, eybəcər addımlar atılır. Bütün bunlar Prezident İlham Əliyevin gördüyü işlərə kölgə sala bilmir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.
 
Komitə sədri deyib ki, cəmiyyət bütün imkanlardan istifadə edərək sabitliyi qorumalıdır: “Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Bununla gələcəkdə görüləcək işlərə möhkəm bönüvrə yarada bilərik”.