Bulvarda özünü öldürən tələbə qızla bağlı İLGİNC FAKT - Müəllimi açıqladı

Baxış sayı:
744

Ötən gecə Bakı Bulvarında özünü dənizə ataraq intihar edən 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızının Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi olması barədə məlumat vermişdik.

22 yaşlı Nəzakətin müəllimi Elçin Əfəndi onun universitetə 667 bal toplayaraq daxil olduğunu bildirib: “O balı toplaması üçün əlimdən gələni etdim onun üçün, indicə atası ilə danışdım, meyiti tapılmır".

Qeyd edək ki, N.Rzazadədən sonra onun həmkəndlisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə atıb. Qızın həyatını qurtarmaq istəyən gənci sudan bulvarın mühafizəçiləri çıxarıb. N.Rzazadənin ailəsinin onun B.Məmmədova ilə evlənməsinə imkan verməməsinə görə həyatına qəsd etdiyi bildirilir.

Onu da qeyd edək ki, bəzi məlumatlarda intihar edən qızın adının yanlış olaraq Günel olduğu bildirilib./publika.az