​BULVARDA ÖZÜNÜ DƏNİZƏ ATDI

Dünən günorta saatlarında Bakı bulvarında gənc oğlan özünü dənizə ataraq intihara cəhd edib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə,  1995-ci ildə anadan olmuş Hüseynli Qardaşxan Rafiq oğlu Dənizkənarı Mılli Parkda Əl Oyunları Sarayının yanında özünü dənizə atıb.
Ərazidə  xidmət  edən polis  əməkdaşları və mühafizəçilər Q.Hüseynlini dənizdən çıxarıb, ona ilkin yardım göstərilərək valideynlərinə təhvil verilib.
Məlumata görə vətəndaş Q.Hüseynli ruhi-əsəb xəstəsidir və 2 №-li Ruhi-əsəb dispanserində qeydiyyatdadır.