Əbülfəs Qarayev əmr verdi: Mikayıl Muşfiqin qalıqlarlarının tədqiqatına başlanılır

Baxış sayı:
157

Azərbaycanın Mədəniyyət Nazirliyi virtualaz.org-da yayımlanan “Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı” yazısına münasibət bildirib.

Xatırladaq ki, məşhur Rusiya milyarderi Fərhad Əhmədov virtualaz.org-a açıqlamasında öz atası Teymur Əhmədovun qalıqlarını axtararkən Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının da uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini bildirmişdi.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov virtualaz.org-a bildirib ki, F.Əhmədovun öz sensasiyalı tapıntısı haqda bu qurumu xəbərdar etdiyi barədə iddiasına baxmayaraq, Mədəniyyət Nazirliyinin rəhbərliyi tam məsuliyyətlə bildirir ki, nə o, nə də başqa kimsə onlara Mikayıl Muşfiqin qalıqlarlarının tapılması məsələsi ilə bağlı müraciət etməyib.

Bununla belə, Azərbaycan xalqının Muşfiqə olan həssas münasibətini və F.Əhmədovun bəyanatı ətrafında yaranan ajiotajı nəzərə alaraq, mədəniyyət naziri Əbülfəs Qarayevin sərəncamı ilə bütün məqamlar yoxlanılacaq və müvafiq genetik ekspertiza – DNK analizi aparılacaq.

Mədəniyyət Nazirliyinin mətbuat katibi onu da bildirib ki, bununla birlikdə Muşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar dövlət səviyyəsində təntənəli tədbirlər keçiriləcək.