Bülbülü deportasiya etdilər - Avropa ölkəsindən inanılmaz qərar

Baxış sayı:
4594

Üç gün əvvəl İraqın Ərbil Beynəlxalq Hava Limanından Avstriyanın paytaxtı Vyanaya uçan sərnişin təyyarəsində maraqlı olay yaşanıb. 
Ərbildə təyyarənin salonuna daxil olan bülbül Vyanada yaxalanıb. 
Avstriyanın müvafiq qurumları qaçaq bülbülün  İraqa deportasiya edilməsi barədə qərar qəbul edib. Təyyarə ilə Vyanadan Ərbilə göndərilən bülbüllə bağlı qərar hər iki ölkədə ən çox müzakirə edilən və gülüş hədəfinə çevrilən mövzu olub. Ərbil Beynəlxalq Hava Limanının rəhbərliyi  qəfəsdə geri göndərilən bülbülün sərbəst buraxılacağını açıqlayıblar./BakuPost