​BUJİNSKİ: Putin ən axırıncı adam olardı ki, bunu etsin

Baxış sayı:
3010

Skripal olayı provokasiya idi. Burada əsas məqsəd Rusiyanı ətraf aləmdən izolyasiya etmək və rusiyalı diplomatları ölkədən qovmaqdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri təqaüddə olan rusiyalı general-leytenant Yevgeni Bujinski deyib.
“İnanın mənə, Putin Yer üzündə bunu edəcək axırıncı adam olardı. Xüsusilə seçkilər və futbol çempionatı öncəsi dönəmlərdə... Hazırki vəziyyət Soyuq müharibə dövründən də təhlükəlidir”, - Bujinski bildirib.
“Mən həmişə deyirəm ki, indi daha pisdir. Soyuq müharibə dövründə hər şey aydın idi: Siyasi ideologiya, dəsti xətt və s...” - deyə general-leytenant əlavə edib.