Builki 1-ci siniflər üçün kiçik summativlər keçirilməlidir? - RƏSMİ CAVAB

Baxış sayı:
301

Məktəbdaxili qiymətləndirmənin yeni qaydaları təsdiqlənmədiyindən, 1-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmələr (KSQ) keçirilməlidir.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmənin yeni qaydaları artıq Təhsil Nazirliyinin kollegiya tərəfindən təsdiqlənib. Hazırda sənəd Ədliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir.
E.Əmrullayev bildirib ki, bu sənəddə kiçik summativ qiymətləndirmələrlə bağlı dəyişikliklərin edilməsi təkcə 1-ci siniflər üçün nəzərdə tutulur: "1-ci siniflərdə kiçik summativlərin ləğvi nəzərdə tutulur. Bu sənəd əsasən müəyyən fənlər üzrə böyük summativ qiymətləndirmələrin (BSQ) sayının azaldılmasını nəzərdə tutur. Böyük summativlər isə tədris ilinin yarım ilinin sonunda keçirilir. Gözləyirik ki, sənəd yaxın vaxtlarda təsdiq olunacaq. Yalnız bundan sonra sənəd hüquqi normativ sənəd statusu alacaq və təhsil ictimaiyyəti bununla bağlı məlumatlandırılacaq. Yeniliklə bağlı bir müddət əvvəl ictimaiyyəti məlumatlandırmışıq və müsbət reaksiya olub".