Büdcədən qrantlar niyə artıb? – Ekspert səbəbini açıqladı

Baxış sayı:
10696

“2020-ci ilin büdcəsinin yeni büdcə təsnifatı əsasında tərtibatı müstəqil təhlilləri xeyli çətinləşdirib. Yeni təsnifatda əsas dəyişikliklərdən biri dövlət büdcəsindən ayrılan qrantların büdcə xərclərində əks olunması ilə bağlıdır”.

Muxalifet.az Azpolitika.info-a istinadən xəbər verir ki, bu barədə büdcə məsələləri üzrə təhlilçi Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, 2019-cu il də daxil olmaqla indiyədək Naxçıvan Muxtar Respublikasına (NMR) verilən dotasiya iqtisadi təsnifatda “subsidiya və cari transferlər” maddəsi altında əks olunurdu.

2020-ci ildən etibarən isə Naxçıvana maliyyə yardımları “Qrantlar və digər ödənişlər” altında əks olunub: “Bir tərəfdən də bu dəyişikliyə paralel olaraq Naxçıvana ayrılan maliyyə yardımı 90 mln. manata yaxın artırlıb. Reallıqda dövlət büdcəsindən qrantlara ayrılan vəsaitin 6 dəfə artması sırf təsnifat dəyişikliyi ilə bağlıdır”.

R.Ağayevin sözlərinə görə, əksinə, Naxçıvana verilən qrantlar nəzərə alınmasa, 2019-cu ildə büdcə qrantlarının həcmi 100 mln. manata yaxın olub, 2020-ci ildə isə təxminən 26 mln. manat proqnozlaşdırılır.