“Büdcədən ayrılan 395 milyonun cəmi 1 faizi kəndlərin su təchiatı məsələlərinə yönəldilib” – ƏLİ MƏSİMLİ

Baxış sayı:
1969

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deputat Əli Məsimli kəndlilərin problemləri barədə təkliflərlə çıxış etdi. Hökumət nümayəndələrinin iştirak etdiyi müzakirələrdə deputat kəndlilərin problemlərinin həlli ilə bağlı əlavə vəsait ayrılmasını zəruri saydı.

Ə.Məsimli bildirdi ki, 2019-cu ildə kölgə iqtisadiyytaının mümkün olan sahələrinin bir hissəsini vergiyə cəlb etmək yolu ilə vergi və gömrük xəttii ilə büdcəyə 1 milyard manatdan artıq əlavə vəsait daxil olub: “Büdcəyə daxil olan həmin əlavə vəsaitlər və digər ehtiyatlar hedabına ötən il çox  iri sosial layihələr həyat keçirilib. 2020-ci  ilin dövlət büdcəsinə də bu ilin birinci rübündə 300 milyon mabnatdan artıq, 5 ay ərzində isə 500 milyon manat əlavə vəsair daxil olub”. Deputat bu qənaətdədir ki, kölgə iqtisadiyyatnın daraldılması işinin davam etdirilməsi, korrupsiya və monopoliyaya qarşı mübarizənin dairəsinin genişləndirilməsi, gücləndirilməsi və ona sistemli xarakter verilməsi, maliyyə aministiyası, kapitala aministiya verilməsi, sahibkarlığın qarısında duran maneələrin aradan qaldırılması və sair bu kimi vasitələrdən səmərəli istifadə etməklə 2020-ci ilin büdcəsinə 2019-cu ildəkindən xeyli çox əlavə vəsait  cəlb etmək olar”.

Millət vəkili xüsusi vuruladı ki, yaşadığımız mərhələ daha çox çevik olmağı, operativ qərarlar qəbul edilməsinin dairəsinin genişləndirilməsini və yığılıb qalmış problemlərin həlinin sürətləndirilməsini tələb edir. Bu baxımda deputat bu il indiyəcən büdcəyə daxil olan və yenə də daxil olması gözlənilən əlavə maliyyə vəsaiti və büdcə ehtiyatları hesabına yerlərdə yığılıb qalmış problemlərin həllinin  sürətləndirilməsini təklif edib. Ə.Məsimli qeyd etdi ki, 2019-cu ildə  dövlət büdcəsindən  “Azərsu”  ASC-yə ayrılan 395 milyonluq vəsaitin cəmi 4 milyon manatı, yəni 1 faizinə bərabər çox simvolik bir hissəsi kəndlərin su təchizatı məsələlərinə yönəldilib. Deputat Şəki kəndlərnini timsalında vurğuladı ki, həm içməli suya olan təlabatının qarşılanması,həm də  ehtiyac   duyulan bütün yerlərdə su təchizatı məsələsinin həllinin sürətləndirilməsi çox ciddi məsələdir. Bu problemin həlli ümumiyytlə kəndlərdə həyatın canlandırılması, iqtisadi fəallığın və məhsuldarlığın artırılması üçün çox vacib şərtdir. Ə.Məsimli ardınca bildirdi ki, Şəki rayonunda su ilə bağlı problemlərlə yanaşı,həllini gözləyən digər problümlər də var: “Həllinin sürətləndirilməsini gözləyən digər bir ciddi məsələ də  2015-16-cı illərdə baş vermiş zəlzələ və digər təbiət hadiələri nəticəsində insanların yaşadıqları mənzillərə dəymiş ziyanın aradan qaldırılmasına yardımın göstərilməməsi ilə bağlıdır. Bundan ötrü aidiyyatı  qurumlara ünvanlı əlavə vəsatin  verilməsi və problemin ləngitmədən çözülməsi çox vacibdir”.

Deputat bildirdi ki, məktəblərdə dərslərin ertələnməsi vaxtından səmərəli istifadə edib, qəzalı və çox pis  vəziyyətdə olan məktəb və uşaq  bağçaların təmiri, yenilərinin tikintisi istiqamətində işləri  sürətləndirmək lazımdır./Musavat.com