Büdcədən aldıqları ödədiklərindən çoxdur - Milyonluq fərqlər

Baxış sayı:
5059

Azərbaycanda iri vergi ödəyicilərinin 2018-ci ildə dövlət büdcəsinə ödədikləri və büdcədən aldıqları vəsaitlərin həcmi bəlli olub.
Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Hesablama Palatasının məlumatlarına əsasən bəlli olub ki, il ərzində büdcəyə ən çox vəsait SOCAR tərəfindən daxil olub. Amma maraqlı burasındadır ki, SOCAR-ın büdcədən aldığı vəsait ödədiyindən artıqdır.
Dövlət şirkətlərinin büdcədən aldırları və büdcəyə ödədikləri pulları rəqəmlərlə təqdim edirik: 
SOCAR: 1 milyard  425 milyon manat ödəyib,  1 milyard 486 milyon manat alıb
Azərenerji: 86 milyon ödəyib, 240 milyon manat alıb
Azərbaycan Dəmir Yolları: 15 milyon ödəyib, 607 milyon manat alıb
Xəzər Dəniz Gəmiçiliyi: 30  miyon ödəyib, 20 milyon manat alıb
Azərbaycan Hava Yolları: 32 milyon ödəyib ,10 milyon manat alıb
Azərsu: 27 milyon ödəyib, 431 milyon manat alıb.