Bu yollarda sürət həddi ENDİRİLDİ

Baxış sayı:
5653

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Mualifet.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.
Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.