​Bu yollarda sıxlıq var – Diqqət

Baxış sayı:
4777

Hazırda Bakının bəzi yollarında avtomobil sıxlığı müşahidə olunur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, Afiyəddin Cəlilov küçəsində, Qara Qarayev prospektində (“Koroğlu” metrostansiyası istiqaməti), Tbilisi prospekti (hər iki istiqamət), Yusif Səfərov küçəsində (Heydər Əliyev prospekti istiqaməti), Heydər Əliyev prospekti (kənar yol, şəhər istiqaməti) və Məhəmməd Hadi küçəsində (“Xalqlar Dostluğu” metrostansiyasının qarşısı) sıxlıq var.
28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək), A.Nobel prospekti (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək), Koroğlu Rəhimov küçəsi (Təbriz küçəsi ilə kəsişmədən başlayaraq akademik Həsən Əliyev küçəsi ilə kəsişmə istiqamətində) və Binəqədi şossesi (şəhər istiqaməti) ərazisində isə nisbətən sıxlıq müşahidə olunur.