Bu xəstələri birbaşa özəl xəstəxanaya APARMAYIN - Mütəxəssis ŞOK SƏBƏBİ açıqladı

Baxış sayı:
4063

“19 il həm dövlət, həm də özəl reanimasiyalarda fəaliyyətdə olan həkim kimi deyirəm: avtoqəza, yol nəqliyyat hadisəsi, hündürlükdən yıxılma, yanıq kimi travma xəstələrini ilkin olaraq heç bir özəl klinikaya aparmayın”.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib.

Mütəxəssis bildirib ki, burada Mərkəzi Klinik Xəstəxana istisnadır.

Xəstə mütləq sistemli dövlət klinikasına aparılmalıdır: “Dövlət xəstəxanalarında mütləq xəstə qəbul ediləcək. Çünki orada növbətçi cərrah, travmatoloq, reanimatoloq olur. Onlar xəstəyə cavabdeh olur. Onların hər işi də xəstəlik tarixində sənədləşdirilir. Özəl klinikalarda isə təcili travma xəstəsi ilə heç kim məşğul olmaq istəmir. Həm də bu sistem özəllərdə tam oturuşmayıb. Yəni cərrah istəsə, xəstəni qəbul etməyə bilər. Özəl xəstəxanalarda əməliyyatlar planlı və elektivdir. Məsələn, LOR, plastik cərrahiyyə, bariatrik cərrahiyyə, neyrocərrahiyyə, kardiocərraiyyə və s. Qısası, travmalı xəstələri birbaşa özəl xəstəxanaya yerləşdirmək süzgün deyil”.