​Bu üsulla qaza 35 faiz qənaət edilir - Video

Baxış sayı:
10933

Havaların soyuması kombi sistemlərindən istifadəni artırıb. Qaz sərfiyyatını azaltmaq üçün isə kombilər kollektor üsulu ilə quraşdırılır. Bununla da evin yalnız lazım olan hissələrini isitməklə sərfiyyata qənaət etmək mümkün olur.
Xəzər Xəbər-in məlumatına görə, bu üsulla kombi istifadə edənlər qaz sərfiyyatına 35 faizə qədər qənaət etmiş olur.
Kombi ustaları deyir ki, kollektor üsulu daha çox isti döşəmə çəkilməsi zamanı lazım olur. Adi radiatorlarla qızdırılan evlərə də bu sistemi quraşdırmaq çox sadədir.
Ustalar onu da bildirir ki, son zamanlar isti döşəmə sistemlərinin quraşdırılması daha geniş yayılıb.
Onların fikrincə, kollektorun digər üstünlüyü bütün otaqları eyni dərəcədə qızdırmasındadır.