Bu universitetdə əl çalmaq qadağan edildi - SƏSSİZ ALQIŞ OLUNACAQ...

Baxış sayı:
8600

Britaniyanın məşhur Oxford Universitetində əl çalmaq qadağan edilib. Əvəzində isə səssizcə əl yelləmək olar. Qərarın məqsədi isə psixoloji gərgin, autizmli və digər problemləri olan tələbələrin də seminar, görüş və müzakirələrdə iştirakını təmin etməkdir. Əl çalmaq bu cür narahatlıqları olan insanlarda tutmalara səbəb ola bilər. Əl çalmağı əvəz edəcək hərəkət isə "caz əlləri" (jazz hands) adlanır. İnsan qollarını yuxarı qaldırır və əllərini sağa-sola silkələyir. "Biz istədik ki, insanlar tədbirlərimizdə hörmət əlməti olaraq işarə dilindən istifadə etsinlər ki, hətta psixoloji gərginliyi olan insanlar da iştirak edə bilsinlər", tələbə şurasının təmsilçisi Roisin McCallion bildirib. Oxford Universiteti tələbə ittifaqı alqış üçün əl çalmaqdan imtina haqqında qərara oktyabrın sonunda səs verib.