​Bu üç güc dünyanın hökmdarı olacaq - Rusiyaya ŞOK

Baxış sayı:
5242

Rusiya süni intellekt sahəsində dünya lideri ola bilməyəcək. Publika.az xəbər verir ki, bu haqda “Defense One” nəşri yazıb. “Rusiya innovasiyalar mədəniyyətini inkişaf etdirməkdə qabiliyyətsizliyə görə süni intellekt sahəsində lider olmaq cəhdində müvəffəqiyyətsizliyə uğrayacaq”, - Amerika nəşri qeyd edib. Nəşr əsas səbəblər kimi geniş yayımış korrupsiyanı, şəxsi mülkiyyətin müdafiə olunmamasını və təhlükəsizlik orqanlarının həddindən artıq ictimai nəzarətini göstərir. Məqalənin müəllifi əmindir ki, Rusiya süni intellekt sahəsində ABŞ, Çin və Qərbi Avropadan geri qalacaq. Xatırladaq ki, mayda Rusiya prezidenti Vladimir Putin süni intellekt sahəsini inkişaf etməyə çağırıb. Həmin ayda dövlət başçısı bildirib ki, süni intellekt sahəsində inhisarçılıq yarada biləcək ölkə dünyanın hökmdarı olacaq.