​BU TÜRK ÖLKƏSİ RUSİYADAN TAM ASILI OLUR

Baxış sayı:
5419

Qırğızıstanın cənubunda Rusiya bazasının yaradılması qərarını Moskva verməlidir.
Bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Prezidenti Sooronbay Jenbekov söyləyib.
 “Bu məsələ məndən öncə də gündəmdə olub. Bu qərarı Rusiya verməlidir. Hazırda Qırğızıstandakı Rusiyanın Kant hərbi bazası ölkənin hava məkanını tam müdafiə edir. Məncə, Kantdakı aviabaza Rusiya tərəfindən artıq möhkəmləndirilib”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Qırğızıstan baş naziri ölkədə ikinci Rusiya bazasının açılacağını bildirib. Sonradan açıqlama verən Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin buna ethiyac olmadığını bildirib./axar/