​Bu tarixi foto necə çəkilib? - Fotoqrafçının qızı danışdı

Baxış sayı:
14101

Sovet İttifaqının II Dünya müharibəsində almanlara qalib gəldikdən sonra Berlində parlament binasının damından bayraq asılarkən çəkilən fotonun tarixçəsi bəlli olub.
Muxalifet.az xəbər verir ki, fotonu çəkən Yevgeni Haldeyin qızı Anna sözügedən tarixdən danışıb.
Sovet hərbi fotoqrafçının qızı Anna Haldey Rusiya Müdafiə Nazirliyinə məxsus Zvezda televiziyasına verdiyi müsahibədə atasının Sovet İttifaqının bayrağını masa örtüyündən özünün tikdiyini və daha sonra 3 əsgərlə birlikdə yarı dağılmış vəziyyətdə olan binanın damına çıxdığını bildirib.
Aleksey Kovalev adlı əsgərin damın tininə qədər irəliləməsi sayəsində şəklin bu qədər təsirli olduğunu deyib. Digər əsgər isə Kovalevin yıxılmaması üçün ayağından tutub.