Bu, Tanrının bizə bəxş etdiyi gözəllikdir - Vatikan

Baxış sayı:
4900

Roma Papası Parisdəki Müqəddəs Məryəm ana kilsəsinin (Paris Notr-Dam kilsəsi) restavrasiyasının Bakıda keçirilən sessiyanın gündəliyində olmasını arzu edir.
Muxalifet.az xəbər verir ki, YUNESKO-nun 43-cü sessiyasında çıxış edən Müqəddəs Taxt-Tacın (Vatikan) nümayəndəsi belə deyib.
Vatikan nümayəndəsi deyib:
“O çox mühüm ibadətgahdır. Orada eyni vaxtda çoxlu sayda insan ibadət edə bilir. Biz yanğından ciddi ziyan görən Müqəddəs Məryəm ana kilsəsinin məhz özünəməxsus formada bərpa olunması üçün dəstək göstəriləcəyinə inandığımızı bildirmək istəyirik. Müqəddəs Məryəm ana kilsəsi Tanrının bizə bəxş etdiyi gözəllikdir. Biz bu gözəlliyi qoruyub saxlamalıyıq. Roma Katolik Kilsəsi çox istərdi ki, ən mütərəqqi prosesdən istifadə etməklə bu kilsə tezliklə bərpa olunsun. Onun formasına təsir etmədən kilsə yenidən fəaliyyətə başlamalıdır. Çünki orada aparılan fəaliyyətlərin mərkəzində ibadət dayanır”.