Bu şəxs həkimləri ŞOKA SALDI: 60 il beyni olmadan SAĞLAM YAŞADI

Baxış sayı:
3283

Moskvada xəstəxanaların birində həkimlər beyninin yarısı olmadan 60 il ömür sürən xəstə müəyyən edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xəstənin vücud funksiyalarında heç bir qüsurun olmaması həkimlərin böyük təəccübünə səbəb olub. Qeyri-adi kliniki hal qarşısında təəccüblərini gizlətməyən həkimlər 60 yaşlı təqaüdçü mühəndisin bütün bədən funksiyalarının normal çalışdığını qeyd edib.
Məlum olub ki, ali təhsilli mühəndis iki uşaq atasıdır:
“Tamamilə normal bir həyat yaşadım. Məni heç nə narahat etmədi və məşhur olmaq istəmirəm", - deyərək daha çox təhlil aparılmasını rədd edərək xəstəxanadan ayrılıb.
Nevroloq Marina Anikinanın sözlərinə görə, bu, görünməmiş bir haldır:
“Patologiya embrionu beyin inkişafının ən erkən mərhələsində meydana gəlib. Bəzən bu növ patologiyalar ölümə yol aça bilər, ancaq bu patologiya çox nadir rast gəlinən haldır.
Əgər bu patologiya bu gün müəyyən edilsəydi, belə bir rüşeym daşıyan anaya abort etmək tövsiyə edilərdi. Aydındır ki, 60 il əvvəl SSRİ-də bu vəziyyəti müəyyən edəcək texnologiya yox idi".
Anikina 60 yaşlı xəstənin indiyə qədər beyninin yarısının olmadığını bilmədən yaşadığını qeyd edib.