​“Bu, sülh danışıqlarına əngəl törətmək cəhdidir” - İRƏVAN AZADLIQ TƏŞKİLATI BƏYANAT YAYDI

Baxış sayı:
2518

İrəvan Azadlıq Təşkilatı (İAT) Ermənistanın azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin salması ilə bağlı bir sıra nüfuzlu dövlətlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Muxalifet.az ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, İran, İsrail, İtaliya, Gürcüstan, Polşa, Ukrayna, Yunanıstan, BMT və Avropa Şurasının Bakı nümayəndələyinə göndərilən müraciəti olduğu kimi oxucularına təqdim edir:

Ermənistan üçüncü tərəfin köməyi ilə Azərbaycan Respublikası ərazilərinin 20 faizindən çoxunu işğal etmiş, etnik təmizləmə apararaq bir milyondan artıq azərbaycanlı əhalini həmin ərazilərdən, o cümlədən Ermənistandakı tarixi vətənlərindən didərgin salmışdır. Görünməmiş zorakılıq nəticəsində uşaqlar, qadınlar və qocalar qətlə yetirilmiş, minlərlə insan əsir və girov götürülmüş, Xocalı soyqırımı törədilmişdir.
Azərbaycan Respublikası ərazisinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması, işğal altında olan Qarabağın yuxarı hissəsində separatçı rejimin mövcudluğu və Ermənistanın siyasi rəhbərliyinin etnik təmizləmə aparması Avropa Şurasının Parlament Assambleyası tərəfindən də tanınmışdır (Qətnamə N1416 /2004/).
Ermənistan işğalı qanuniləşdirmək üçün canfəşanlıq edir, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratik dünyaya etinasızlıq göstərərək, işğal etdiyi Azərbaycan ərazilərini azad etmək barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qacırır.
Ermənistan Azərbaycan ərazilərində Azərbaycan Respublikası vətəndaşlarının əsas insan hüquq və azadlıqlarını pozub "Dağlıq Qarabağ Respublikası” deyilən qondarma bir qurum yaradaraq, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd etmişdir. Artıq neçənci dəfədir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimdə qondarma “seçkilər” keçirilir. 2012-ci il iyulun 19-da qondarma “prezident seçkiləri”, 2015-ci il mayın 3-də “parlament seçkiləri”, 2015-ci il sentyabrın 13-də qondarma “özünüidarə orqanlarına seçkilər”, 2017-ci il fevralın 20-də “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum”, 2017-ci il iyulun 19-da qondarma “prezident seçkiləri”nin keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
İndi də işğalçı qüvvələr qondarma “respublika”da yenidən "prezident seçkiləri” keçirmək niyyətinə düşüblər. Azərbaycanın işğal altında olan torpaqlarında yeni seçki oyunu beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir. Bu, həm də Ermənistanın siyasi hakimiyyət dairələrinin işğalın əsil mahiyyətini və səbəblərini artıq dərk etməkdə olan beynəlxalq ictimaiyyəti və dünya dövlətlərini çaşdırmaq, sülh danışıqlarına əngəl törətmək cəhdidir. Heç bir dövlət tərəfindən tanınmayan bu qondarma qurumda seçkilərin keçirilməsi qeyri-qanuni və beynəlxal hüquq normalarına ziddir.

İrəvan Azdlıq Təşkilatı beynəlxalq qurumları, o cümlədən Avropa Şurası, ATƏT və onun Minsk qrupunu və digər dövlətləri qondarma seçkiləri tanımamaqla yanaşı bu seçki oyununda bu və ya digər şəkildə müşahidəçilərin iştirakına da imkan yaratmamağa çağırır.
İrəvan Azdlıq Təşkilatı bildirir ki, qondarma qurumdakı "seçkiləri” müşahidə etmək niyyətində olan "müşahidəçilər” beynəlxalq normalara etinasızlıq göstərməkdən çəkinməlidirlər. Əks halda onların bu hərəkəti Azərbaycan dövlətinin suverenliyinin kobud pozulması kimi qiymətləndirilməli və bununla bağlı qətiyyəti tədbirlər həyata keçirilməldir.
İrəvan Azdlıq Təşilatı Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə "seçkiləri” qanunsuz hesab edir və tanımır, beynəlxalq ictimaiyyəti də buna çağırır.
 
***

Iravan Freedom Orqanization STATEMENT

Armenia, with support of its protectors, has occupied more than 20 percent of the territory of the Azerbaijani Republic, carried out ethnic cleansing and expelled more than one million Azerbaijani people from their historical homeland territories in Armenia. As a result of unprecedented violence, numerous children, women and the elderly were killed, thousands were captured and taken hostage, and the Khojaly genocide was committed by the Armenians.
The fact that much of the territory of the Azerbaijani Republic is occupied by the Armenian armed forces, both the existence of a separatist regime in the occupied Nagorno-Karabakh and ethnic cleansing against the Azeri population committed by Armenian political authorities is also recognized by the Parliamentary Assembly of the Council of Europe.
Armenia is eager to legalize the occupation and refuses to comply with the UN Security Council’s resolutions on the de-occupation of Azerbaijani territories by disregarding the universally recognized principles and norms of international law, the international community and democratic world.
Armenia has violated the basic human rights and freedoms of Azerbaijani citizens by creating a so-called “Nagorno-Karabakh Republic” in Azerbaijani territories, and has repeatedly attempted to present fraudulent acts as elections giving them an election image in the occupied Nagorno-Karabakh region. The so-called "elections" are being held illegally in the occupied Nagorno-Karabakh region of Azerbaijan already many times. The false “ presidential elections” on July 19, 2012, and the “parliamentary elections” on May 3, 2015, the so-called “self-government elections” on September 13,2015, “referendum on constitutional amendments” on February 20, 2017, also false “presidential elections” on July 19, 2017, means a gross violation of the Constitution of the Azerbaijani Republic, norms and principles of international law.

Now, the occupational forces are planning to hold “presidential elections” in the so-called republic. The new election game in the occupied Azerbaijani territories is completely contrary to international law, the Constitution and laws of the Azerbaijani Republic. It is an attempt of Armenian political authorities to confuse the international community and states of world which now understand the true meaning and reasons of this occupation, and efforts to impede peace negotiations. The so-called elections, which are not recognized by any state, are illegal and contrary to international law.
Iravan Freedom Organization calls on international organizations including the Council of Europe, the OSCE and its Minsk Group and other states, not to recognize these so-called elections, also to prevent observers from participating in this election in such or other form.
Iravan Freedom Organization considers it illegal and against international rules, and “observers”, who intend to observe the so-called “elections”, should refrain from ignoring international norms. Otherwise, their actions should be appreciated as a gross violation of the sovereignty of the Azerbaijani state, and  serious measures related to this should be taken.
Iravan Freedom Organization considers “the elections” addressed against the territorial integrity of Azerbaijan as illegal and calls on the international community to stand on the side of justice.