“Bu şərtləri irəli sürməyə Amerikanın hüquqi-mənəvi haqqı yoxdur” - POLİTOLOQ

Baxış sayı:
8875

ABŞ Türkiyə ilə münasibətlərin nizama salınması üçün 8 şərt irəli sürüb ki, həmin şərtləri Türkiyənin qəbul etməsi demək olar ki, mümkünsüzdür. Sözügedən şərtlər aşağıdakılardır:

1. Keşiş Endryu Branson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfər azad edilməlidir. 15 avqusta qədər Bransonun azadlığa buraxılması üçün Ankaraya vaxt verilib.

2. Türkiyə əhatəli şəkildə İrana sanksiya tətbiq etməlidir.

3. Rusiyadan S-400 havadan müdafiə sisteminin alınmasından imtina edilməlidir.

4. Ankara Qüds siyasətinə yenidən baxmalıdır.

5. Kipr adası ətrafında qaz və neft axtarışından imtina edilməlidir.

6. “Xalqbank”a tətbiq ediləcək cəzaya razı olmalıdır.

7. Ankara Fətullah Gülənin ekstradisiyasını tələb edən dosyeni bağlamalıdır.

8. Türkiyə sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməlidir.

Əslində, ABŞ-ın bu şərtlərini bir növ Türkiyənin müstəqilliiynə, suverenliyinə təhdid hesab etmək olar. Bu şərtlər Amerikanın dünyaya hegemonluq iddiasını aşkar ortaya qoyur. Amerika Türkiyəyə bu şərtləri təlqin etməklə, əslində, dünyanın birqütblü olduğunu nümayiş etdirir ki, bu da qəbuledilməzdir. ABŞ-ın Türkiyənin Rusiya, İran və digər dünya dövlətləri ilə müstəqil iqtisadi-siyasi əlaqələrini qəbul etməməsi, görünür, onu çox qıcıqlandırıb.

Maraqlıdır ki, Türkiyə Qüds siyasətinə niyə yenidən baxmalıdır ki?! Türkiyənin Fələstini, yaxud fələstinliləri daimi müdaifə etməsi, onlara dəstək olması Amerikanı bu qədər narahat edirsə, yəhudilərin mənafeyinə uyğun bu şərti Türkiyə niyə qəbul etməlidir ki?! Amerika İsrailə və yəhudilərə dəstək verdiyi kimi, Türkiyə də Fələstinə, fələstinlilərlə dəstək verir. Bu şərtlərdən görünən odur ki, Amerika aşkar Türkiyəyə meydan oxuyur, öz maraqlarına uyğun məqamları diktə etməyə çalışır. Bununla da dünyada sözdə demokratiyanın beşiyi sayılan Amerika dünyada imperialist siyasət yürütməklə elə demokratiyaya qarşı olan addımlar atır və dünyanın öz əlində cəmləşməsi üçün çalışır.

Şərtlərə baxın, “Kipr adası ətrafında qaz və neft axtarışından imtina edilməlidir. Türkiyə sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməlidir”. Görəsən, tək dünyanın sahibi Amerikamı bu mədənlərdə ağalıq etməlidir?! Bəzi pullu insanlar insanlıqdan çıxdığı kimi, Amerika da tam səddlər aşıb, təbliğ etdiyi demokratik dəyərlər də artıq onun yaddından çıxıb. Deməli, təbiətdə heyvanlar arasında olduğu kimi, beynəlxalq aləmdə də yalnız güclü, gücsüz söhbəti var. Güclü, gücsüz söhbəti isə bəşəriyyəti məhvə aparan bir tendensiyadır.

Qeyd edək ki, bu şərtlərdən öncə srağagün Trampın qərarı ilə Türkiyədən idxal edilən polad və aliminiumun gömrük vergisi iki qat artırılıb. Bu da Türkiyə lirəsinin dollar qarşısında dəyərini daha da itirib.

Bununla belə, artıq Türkiyə ABŞ-ın iqtisadi hücumlarına cavab olaraq yeni bazarlara açılır. Türkiyə Çin, Meksika, Rusiya və Hindistana yeni ixracat planı hazırlayır. Bu ölkələrin idxalat bazarı ümumilikdə 2,8 trilyon dollardan çoxdur. Hazırda Türkiyənin bu ölkələrə ixrac etdiyi məhsulların miqdarı 7 milyard dollar səviyyəsindədir. Bu miqdarı artırmağı planlaşdıran Türkiyə xüsusi strateji planlar hazırlayır. Belə ki, Türkiyənin Çinə qida məhsulları, Hindistana dərman maddələri, Meksikaya texnoloji məhsullar ixrac etmək potensialı var, bununla yanaşı, Rusiyada inşaat xidməti sektorunda daha çox paya sahib olmaq planlaşdırılır.

Hazırda dünya dövlətlərinin bəziləri, o cümlədən Almaniya, İran və Pakistan ABŞ-ın Türkiyəyə qarşı addımlarına səssiz qalmayıb, açıqlamalar veriblər. Almaniya hökumətinin sözçüsü Steffen Seibert verdiyi açıqlamada, “Türk iqtisadiyyatının sabit olması bizim də marağımızdadır, prosesləri izləyirik. Türk lirəsinin dəyər itkisini yaxından izləyirik, hazırda həyəcan verən bir vəziyyət yoxdur”, deyə bildirib. Hətta Almaniyanın baş naziri Angela Merkel də Berlində keçirilən mətbuat konfransında Türkiyədəki iqtisadi vəziyyət barəsində suallara cavab verərəkən “Türkiyədəki iqtisadi qeyri-sabitlik heç kimə faydalı deyil”, - söyləyib:

“Almaniya Türkiyəni iqtisadi rifah içərisində görmək istəyir. Bu, bizim xeyrimizədir. Ətrafımızdakı ölkələrdə sabitlik olması həmişə Avropa İttifaqının da mənafeyinə uyğun olub”.

Pakistan Xarici İşlər Nazirliyi isə ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi sanksiya qərarını tənqid edərək “Pakistan Türkiyənin regional və beynəlxalq sülh və sabitliyə çox dəyərli rolunu təqdir edir. Türkiyə qlobal iqtisadiyyatın mühərriki və önəmli bir üzvüdür. Pakistan xalqı və hökuməti Türkiyənin sülh və rifah axtarışına güclü dəstəyini bir daha təkrarlayır və bu ortaq hədəflərə çatmaq yolunda hər zamankı kimi yanında olacaq” açıqlamasını verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi də ABŞ-ın Türkiyəyə qarşı apardığı siyasəti tənqid edərək, Türkiyə üçün hər cür dəstəyə hazır olduqlarını deyib. İran dövlət televiziyasına danışan Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi “Başqaları millətlərin iradəsini təhdid edərək zorla dəyişə bilməz. İlk növbədə, ölkə başçısının başqa bir ölkəyə iqtisadi təzyiq göstərməkdən zövq almasından təəssüf edirik. Bu üsul bir nəticəyə verməyəcək. Ağıl, məntiq və tolerantlığın dünya ölkələri arasındakı münasibətlərdə əsas alınmasına ümid edirik”, - deyib.

Rusiya, İtaliya, Livan və Qətər də ABŞ-ın hücumları qarşısında Türkiyəyə dəstək verdiklərini bəyan ediblər. Bir çox ərəb ölkəsində isə dollarları türk lirəsinə dəyişdirmək üçün kampaniya başlayıb.

“Türkiyənin suverenliyni və müstəqilliyini təhdid altına alan müddəalardır”

Amerikanın Türkiyəyə qarşı irəli sürdüyü 8 ağır şərti şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, bu şərtlərin hamısında yox, az bir hissəsində konsensusa gəlmək olar: “Amma böyük hissəsi qəbuledilməzdir. Çünki Türkiyənin suverenliyni və müstəqilliyini təhdid altına alan müddəalardır. Ağılsız müddəalar adlandırmaq olar. Türkiyə kimi regionun gücü ilə bu cür davranmaq aşağılayıcıdır və və hər cür qınağa layiqdir. Kinli bir qərardır. NATO üzvü və neçə illərdir aralarında normal münasibətlər olan bir ölkəyə deyilə bilməz ki, icazə ver, sənin ərazində qazıntı yataqlarını Amerika şirkətləri aparsın və yaxud sənin şirkətlərin Aralıq dənizində karbohidrogen ehtiyatları axtarıb tapılması ilə məşğul ola bilməzlər. Bu, səfeh bir addımdır. Bu nöqteyi-nəzərdən Amerikanın bu addımını normal qiymətləndirə bilmirəm”.

“S-400-lərin alınması ilə bağlı sövdləşmədən imtina etmək olar”

Hüseynlinin fikrincə, keşiş Bransonla 20 nəfəri azad etmək olar: “Hətta S-400-lərin alınması ilə bağlı Rusiya ilə sövdləşmədən də imtina etmək olar. Türkiyə qarşlıqlı analaşma, kompromislər əsasında bunu həyata keçirə bilər. Türkiyə bu addımı atacaqsa, Amerika da F-35-lər istiqamətində, ondan sonra, özlərinin hava hücumlarından müdafiə sistemlərinin Türkiyəyə satılması və başqa məsələlər barəsində güzəştə getməlidir. Geridə qalan şərtlər ağır olmaqla yanaşı, gülünc şərtlərdir. Bu şərtləri irəli sürməyə Amerikanın hüquqi-mənəvi haqqı yoxdur. O şərtlərin bir çox Türkiyənin öz sərəncamında olan məsələlərdir. Türkiyə daxilində öz işlərini görəcək. Aralıq dənizində apardığı işləri, xüsusilə də Kipr Türk Respublikasında karbohidrogen ehtiyatlarının axtrarışlarını həyata keçirəcək. Ona görə də orada absurd xarakret daşıyan müddəalar var. Türkiyə onları həyata keçimək istəyir və bundan da Türkiyəyə heç bir ziyan gəlməyəcək”.

“Qarşılıqlı razılaşmanın ola biləcəyi ehtimalını daha çox qiymətləndirirəm”

“At zəncirini çıxaranda bir yerə dəyəndə, iki də özünə dəyir. Amerika bu addımları atırsa, onun özünə də ciddi ziyan dəyəcək. Bu səbəbdən də müttəfiqləri də buna yəqin ki, etiraz edəcək. Ona görə, mən qarşılıqlı razılaşmanın ola biləcəyi ehtimalını daha çox qiymətləndirirəm”, - deyə politoloq əlavə etdi.

“Bu, Atatürkdən qalma bir siyasətdir”

“Ərdoğan deyib ki, Türkiyə yeni müttəfiqlər axtarışına çıxacaq. Türkiyəni yeni müttəfiqlər axtarmasını doğru hesab edirsinizmi” sualına Q. Hüseynli belə cavab verdi: “Türkiyənin indiki status kvosu, NATO-da yerləşməsi, Avropameylli xarici siyasət yürütməsi oturuşmuş və formalaşmış bir siyasətdir: “Bu, Atatürkdən qalma bir siyasətdir və bu siyasətə ardıcıl sürətdə əməl edilməsi Türkiyənin daha çox yararınadır”.

“Amerikanın o rüsumları qaldırması çox qəddar bir qərardır”

Trampın qərarı ilə Türkiyədən idxal edilən polad və aliminiumun gömrük vergisi iki qat artırılmasının lirənin daha da ucuzlaşmasına səbəb olmasına gəlincə, politoloq qeyd etdi ki, bu, bir çox hallarda psixolji xarakter daşıyır: “Müəyyən müddətdən sonra bir şox şey öz yerini alır. Türkiyədə də belə olub. Türkiyənin güclü iqtisadiyyatı var. Türkiyə bunu qarşısını almağın yolunu tapacaq. Amerikanın o rüsumları qaldırması çox qəddar bir qərardır. Müttəfiqə qarşı bu cür hərəkət edilməz. Dövlətin bütün səyləri bu mənfi tendensiyaları, neqativləri aradan qaldırmağa yönəlməlidir. Yəqin ki, tam olmasa da, qismən nail olacaqlar”.

“Bu qərar Amerika dərin dövlətinin və Türkiyəni istəməyən qüvvələrin qərarıdır”

Hüseynli onu da vurğuladı ki, Tramp bu məsələlərdə sadəcə oyuncaqdır, kukladır: “Bu qərar Amerika dərin dövlətinin və Türkiyəni istəməyən qüvvələrin qərarıdır. Bu qərarın verilməsində yəhudi lobbisinin də rolunu istisna etmirəm”.

Hurriyyet.org