Bu sözləri söyləyib istefa etdi: SÜRPRİZ GƏLİŞMƏ

Baxış sayı:
334

İsrailin müdafiə naziri Aviqdor Liberman istefa etdiyini bildirib.
 
Qərargah rəisləriylə həyata keçirdiyi görüşdən sonra mətbuat konfransı keçirən İsrailli nazir istefa xəbərini burada açıqlayıb.
İstefaya səbəb olan məsələnin İsrailin “Həmas”la elan edilən atəşkəs olduğunu deyən Liberman, bununla İsrail hökumətinin terrora təslim olduğunu bildirib.
 

İSRAİL SİYASƏTİNİ ÇƏTİN GÜNLƏR GÖZLƏYİR
 
İsrailin baş naziri Binyamin Netanyahunun liderliyini apardığı və Libermanın da içində yer aldığı 6 partiyalı koalisiya hökumətinin 66 deputat var.
Müdafiə naziri Aviqdor Liberman rəhbərliyindəki “İsrail Evimiz” Partiyası İsrail parlamentində 5 yerə sahibdir. Libermanın da istefası birlikdə koalisiyanın parlamentdəki kreslo sayı kritik sərhədə, yəni 61-ə düşdü. Koalisiya hökumətinin 120 yerlik İsrail parlamentində güvən səsi alması üçün 61 millət vəkilinə sahib olması lazımdır.
 
ERKƏN SEÇKİYƏ GETMƏK
 
2016-da müdafiə naziri vəzifəsinə gələn ifrat sağçı siyasətçi Aviqdor Libermanın istefası birlikdə, Netanyahu rəhbərliyindəki koalisiya hökumətinin təhlükəyə girəcəyi və İsraildə erkən seçkinin gündəmə gələcəyi bildirilir.
Müxalifət.az