Bu şəhər ərəblərə aiddir - Ərdoğan

Baxış sayı:
10804

Menbiçin 85-90 faizi ərəblərə aiddir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” telekanalına açıqlamasında deyib.
“YPG/PYD-nin Menbiçdən çıxması şərtdir. Obama dönəmində bu barədə söz verildi, yerinə yetirilmədi. Tramp dönəmində də söz verilib. Lakin yenə yerinə yetirilmir. Bizə “Çıxacaqlar, tərk edəcəklər” deyilir. Bundan əlavə, Menbiç xaricində İdlib də böyük önəm kəsb edir. 300-400 min insanın olduğu şəhərdə böyük qarşıdurmalar oldu. Ölkəmiz kütləvi miqrant axınına məruz qalacaq”, - deyə Ərdoğan bildirib.