​Bu səbəbdən Ərdoğana... - Tramp

Baxış sayı:
2269

ABŞ Prezidenti Donald Tramp keşiş Endryu Bransonun azad edilməsinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək istədiyini deyib.
Muxalifet.az xəbər verir ki, Tramp bu barədə şəxsi Tvitter səhifəsində yazıb.
“Azadlığa buraxılan keşiş Branson bu gün 14:30-da Oval ofisə gələcək. Onunla görüşmək və tanış olmaq möhtəşəm olacaq. O çox yaxşı xristiandır və çətin təcrübə yaşayıb. Yardımlarına görə Prezident Ərdoğana təşəkkür etmək istəyirəm”.
Tramp başqa bir tvitində isə Bransona görə Türkiyə hökuməti ilə aralarında heç bir razılaşma olmadığını deyib:
“Keşiş Bransonun azadlığa çıxması və geri qaytarılmasında Türkiyə ilə hər hansı bir razılaşma olmayıb. Girovlar üçün razılaşma etmirəm”.
Qeyd edək ki, PKK və FETÖ terror təşkilatları adına agentlik etmək ittihamı ilə Türkiyədə 35 il azadlıqdan məhrum edilmiş Endryu Branson oktyabrın 12-də məhkəmənin qərarı ilə sərbəst buraxılıb.