​Bu savaş heç kimə lazım deyil - Prezident

Ərazi mübahisəsi ucbatından Cənubi Çin dənizində yaranacaq savaş heç bir ölkəyə lazım deyil.
Muxalifet.az xəbər verir ki, bunu ASEAN ölkələrinin Manilada keçirilən sammitində Filippin Prezidenti Rodriqo Duterte söyləyib.
“Çin hazırda dünyada iqtisadiyyat baxımından 1 nömrədir. Biz gərək dost olaq. Bəzi şəxslər var ki, bizim Çinlə münaqişəmizi istəyirlər. Cənubi Çin dənizi probleminə toxunmamaq daha yaxşı olardı. Heç kimə hətta Rusiya, Çin, Britaniya, ABŞ-a da müharibə gərək deyil”, – o bildirib.
Qeyd edək ki, Filippin ABŞ-ın Sakit okeanda əsas müttəfiqlərindən biri hesab edilir.