"Bu, Rusiyaya zərə verə biləcək böyük gücdür" - UKRAYNA RUSİYANI DAĞITMAĞIN YOLLARINI AXTARIR

Baxış sayı:
5120

Ukraynalı ekspert Taras Zaqorodni Rusiya nüvə stansiyalarına çata biləcək gücdə olan orta mənzilli raketlərin yaradılması barədə çağırış edib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə mütəxəssis "Qlavred" qəzetinə açıqlamasında deyib. O bildirib ki, Ukrayna Rusiya və rus enerji mənbələrindən asılılığı azaltmalı, raket istehsalını genişləndirməkdən qorxmamalıdır:

"İki yüz ədəd raket. Bu, Rusiyaya zərə verə biləcək böyük gücdür. Bu raketlərdən biri Rusiya torpaqlarındakı nüvə stansiyasına çatarsa, nüvə partlayışı meydana gələcək".

Qeyd edək ki, ukraynalı mütəxəssislər bir neçə dəfə bu barədə açıqlama verib. Hərbi mütəxəssis Valentin Badrak da daha əvvəl Ukraynanın Moskvaya çata biləcək 1500 km-lik mənzilli raket istehsal edə biləcək gücdə olduğunu bildirib.