"Bu, Rusiyanın ən mühüm silahıdır" – HEYLİ

Başqa ölkələrin daxili işlərinə müdaxilə Rusiyanın önəm verdiyi silahdır.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.
“Başqa ölkələrin daxili işlərinə müdaxilə Rusiyanın önəm verdiyi silahdır. Rusiya güclü iqtisadiyyatı və kifayət qədər böyük ordusu olmadığına görə, bu yola üstünlük verir. Rusiya və Çinə vacib oyunçu kimi baxmaq lazımdır. Rusiya məcbur deyil ki, nə isə udsun. Onların bayaq dediyim resursları olmadığı üçün situasiyaya müdaxilə edib xaos yaradırlar. Ruslar deyirlər ki, niyə amerikalılar Rusiyaya qarşıdırlar? Niyə Rusiyaya qarşı sanksiyalar tətbiq edilir? Bizim seçkiyə müdaxilə etməyin ki, biz də antirusiya mövqeyi tutmayaq. Məncə, burada çox sərt olmalıyıq. Biz gərək onları məsuliyyətə cəlb edək”, - o bildirib.