"Bu, Rusiya üçün ciddi təhlükədir" - KUDRİN

Konqresin qəbul etdiyi və Prezident Donald Trampın imzaladığı yeni ABŞ sanksiyaları əvvəlkindən daha təhlükəlidir.
Bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib. Onun sözlərinə görə, bir çox dünya şirkətləri bu sanksiyalar ucbatından Rusiya ilə əməkdaşlığı məhdudlaşdıracaq:
“Biz hələ ki, ABŞ Konqresinin qəbul etdiyi yeni sanksiya qanununun əhəmiyyətini tam anlamamışıq. İndi yalnız Amerika şirkətləri deyil, eyni zamanda, bankları da sanksiya qəbul olunmuş müəssisələrimizlə əməkdaşlıq etmək hüququna malik deyillər. Sanksiyalara görə bir çox dünya şirkəti şirkətlərimizlə qarşılıqlı əlaqəni məhdudlaşdıracaq. Biz bunu yaxın gələcəkdə hiss edəcəyik, çünki bu normaların qüvvəyə minməsi yalnız sentyabr-oktyabr ayının sonlarında başlayacaq”.