​“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO

Baxış sayı:
5046

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun “Beloçka” günəbaxan tumlarının reklamına çəkilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. İnsanlar bildiriblər ki, R.Mahmudov kimi bir ziyalının günəbaxan tumlarının reklamına çəkilməsi onlar üçün gözlənilməz olub.
Muxalifet.az xəbər verir ki, moderator.az-ın əməkdaşı R.Mahmudovla əlaqə saxlayaraq günəbaxan tumlarının reklamına çəkilməsinin səbəbini öyrənib. 
R.Mahmudov açıqlamasında bildirib ki, bunu yaxınlarından birini həbsdən xilas etmək üçün edib:
“Yerlilərimdən bir nəfər mənim yanıma gəlib dedi ki, ““Ayan MMC” “Beloçka” şirkətinə 21 min manat borcum var. Şirkət də məni məhkəməyə verib və bu yaxınlarda həbs olunacam. Uşaqlarım var, xahiş edirəm gedək şirkət rəhbəri ilə siz danışın, mənə vaxt versinlər, pulu verəcəm”. Mən də yerlimə görə gedib şirkət rəhbərindən xahiş etdim və sağ olsunlar, onlar da sözümü yerə salmadılar.