​BU ƏRAZİDƏ QAZMA İŞLƏRİNƏ BAŞLANILDI

Baxış sayı:
4057

Bayıl sürüşmə sahəsində buruq-qazma işlərinə başlanılıb.
Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, hazırda nazirliyin əməkdaşları ərazidədir və iş gedir:
“Hazırda görülən işlər əvvəl görülən işlərin davamıdır.
Sahədə yerləşdirdiyimiz reperlər və mayaklarda apardığımız müşahidələrin nəticəsi ərazidə heç bir dəyişikliyin olmadığını, vəziyyətin sabit olduğunu göstərir. Müvafiq dövlət qurumlarına zonanın hazırkı vəziyyəti ilə bağlı məlumatlar verilib”.