​Bu ərazidə iki gün işıq olmayacaq

Baxış sayı:
14098

Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.