Bu ərazidə heç bir canlı orqanizm yoxdur - ALİMLƏRƏDN AÇIQLAMA

Baxış sayı:
5358

Fransalı alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı araşdırma “Nature Ecology & Evolution” jurnalında nəşr olunub.

Alimlər Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığını müəyyən ediblər.

Tədqiqatçılar bu vadidəki suyun tərkibinin isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqneziumdan ibarət olan şoran məhluldan ibarət olduğunu öyrəniblər.

Alimlərin qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur.