​Bu rayonda yeni uçqun əraziləri aşkarlandı

Baxış sayı:
3034

Ölkə ərazisində yeni uçqun və sürüşmə sahələri qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, iyul ayı ərzində Lənkəranın Gəgiran sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb, bir neçə yerdə yeni sürüşmə və uçqun hadisələri baş verib.
Həmçinin Lənkəran-Lerik yolunun 45-47-ci km-də yamacda uçqun qeydə alınıb.
Rayonun Tükəvillə-Diryan-Gegiran avtomobil yolunun 12-ci kilometrliyində də nisbi aktivlik müşahidə olunub.