"BU, RAMİZ MEHDİYEVƏ QARŞI TƏXRİBATDIR" - Mehdiyevin kürəkəni müğənni Aysel Teymurzadəni ittiham etdi

Baxış sayı:
3180

Xəbər verdiyimiz kimi, AMEA prezidenti Ramiz Mehdiyevin karantin rejimini pozduğuna görə həbs edilən kürəkəni İlham Əliyev və İlham Əliyevin qudası Rövşən Mustafayev azadlığa çıxıblar.

Muxalifet.az xəbər verir ki, keçmiş millət vəkili jurnalistlərə verdiyi açıqlamasında məlum qalmaqalda Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı, müğənni Aysel Teymurzadəni günahlandırıb.

“Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı Aysel videonu çəkərək, sonradan onu müxalifət saytlarına ötürüb. Sual yaranır: niyə? Bu barədə çox düşünmüşəm. Bu, təxribatdır. Bu, Ramiz Mehdiyevə qarşı təxribatdır ”,-deyə İ.Əliyev vurğulayıb.