“BU QƏRARIN HEÇ BİR İQTİSADİ İZAHI YOXDUR” – İctimai birliklərin koalisiyası Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına etiraz etdi

Baxış sayı:
4270

“Hökumətin və inhisasrçı dövlət şirkərlərininqazın daxili bazarda qiymət artımlarını dünya bazarında qazın qiymət artımı ilə izahı yanlışdır və heç bir iqtisadi qanunlara söykənmir”

İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyasının  Azərbaycan Respublikası Tarif(qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13  və 14 nömrəli qərarları ilə bağlı MÖVQE SƏNƏDİ açıqlayıb. Muxalifet.az qurumun açıqlamasını olduğu kimi oxucularına təqdim edir:
“Məlum olduğu kimi bu günlərdə Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti yenidən artırılıb. Belə ki, Tarif (Qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi  bu qiymət 10 qəpik idi, yəni 20 % artırılıb.
Tarif Şurasının şənbə günü açıqladığı qərara əsasən, əhali üçün təbii qazın 1200 kub metrdən sonrakı həcmi iyul ayında qəbul edilən tarifə uyğun qalacaq.
Yəni, əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrədək 1 kub metr üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.
Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib.  İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək 7 qəpik və 300 kVts-dan çox  sərfiyyat üçün isə 11 qəpik.Tarif Şurasının yeni qərarında isə üç kateqoriya müəyyənləşdirilir: sərviyyatı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts - 300 kVts arası 9 qəpik/kVts, 300 kVts-dan yuxarı  abonentlər üçün isə 13 qəpik/kVts.
İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası olaraq  birbaşa hasilat sənayesi ilə bağlı olduğu üçün istərdik ki,  daha çox Tarif Şurasının qazın istehlak qiymətlərinin artımı ilə bağlı 16 oktyabr 2021-ci il tarixli qərarı ilə bağlı mövqeyimizi bəyan edək.
Öncə onu  qeyd etmək istərdik ki, qiyməti dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymət artımı zamanı yaşanan oxşar  vəziyyət ondan ibarətdir ki, hökumət  istehlakçıları bu qərarların qəbulunun zəruri  olduğuna  inandıra  bilmir.

Bunun fundamental səbəbi odur ki, hökumətin  verdiyi qərarlar  kollegial formada deyil, göstərişlər əsasında qəbul edilir və cəmiyyətlə dialoqu yox səviyyəsindədir. Bu səbəbdən də  ölkə əhalisinin marağına birbaşa təsir edən qərarlardan öncə heç bir ictimai müzakirələr həyata keçirilmir və xalqın maraqları nəzər alınmır.
Bir məqama da istərdik diqqəti çəkək. Qeyd etdiyimiz kimi, Azərbaycan 2007-ci ildən adını enerji tariximizə qaz ixrac edən ölkə kimi yazıb.  2007-2021-ci ilin İ yarısında Şahdənizdən hasil edilən qazın 36%-i və ya 45 mlrd m3-u Azərbaycanın daxili bazarında satılıb və Azərbaycan bu qazı  dollarla alır. Lakin  bəlli olmayan səbəblərdən dövlət bu qiymətləri açıqlamır.
Lakin 2020-ci ilin dekabrında daxili bazarın tələbatı üçün qazın topdansatış alınması “Azərkontrakt”a həvalə edildikdən sonra ümid etmək olardı ki, daxili bazar üçün alınan qazın bütün mənbələri və qiymətləri ictimailəşdiriləcək, qazın daxili bazarda istehlakçıya çatdırılana qədər maya dəyəri və ona təsir edən xərc elementləri  mütəmadi açıqlanacaq. Təəsüf ki, bu sahədə də şəffaflıq müşahidə edilmədi.
Ancaq o da bəllidir ki, hər bir ölkə idxal etdiyi qazın alış qiymətini ictimayyətə dərhal çatdırır. Məsələn, Moldova hökuməti elan etdi ki, 1 oktyabr 2021-ci il tarixdən Gazprom şirkətindən qazın hər 1000 kubmetrini $790-a alacaq,  Ermənistan  isə bəyan edir ki,  Rusiyadan sərhədində aldığı qazın qiymətini hazırda $165-dan alır və s.
Hesab edirik ki, hökumət  MHŞT-nin 2019-cu ildə qəbul etdiyi son standartlara uyğun olaraq bu məslələrdə şəffaf və hesabatlı olmalı, kontrakt və lisenziyaları açıqlanması, tender və xammal ticarəti şərtlərini cəmiyyət üçün əlçatanlığını təmin etməlidir.
Məlumatlardan bəlli olur ki, Tarif Şurası təbii qaz qiymətlərinin sürətli artımını təbii qazın hasilat və istehlakçıya çatdırılma xərclərinin satış qiymətlərini üstələməsi, habelə, dünyada və avropada qazın qiymətlərinin artımı ilə izah edirlər.
Bu qərarın əsaslandırılması zamanı "Azəriqaz" İstehsalat Birliyi tariflərə baxışın "qaçılmaz" olduğunu,  "Azərişıq" ASC-nin nümayəndəsi isə  elektrik enerjisi ilə bağlı yeni diferensiasiya zamanı  aztəminatlı ailələr üçün güzəştli tarif siyasətinin "qoruyub saxlamış" olduğunu bidiriblər.
Bəri başdan İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası olaraq onu qeyd etməliyik ki, hökumətin və inhisasrçı dövlət şirkərlərininqazın daxili bazarda qiymət artımlarını dünya bazarında qazın qiymət artımı ilə izahı yanlışdır və heç bir iqtisadi qanunlara söykənmir. Çünki, Azərbaycan qaz idxal edən ölkə deyil və dünya bazarındakı qiymət artımının daxili bazara mənfi  təsiri yoxdur. Əksinə Azərbaycan qaz ixrac edən ölkə olduğu üçün dünya bazarındakı qiymət artımı əlavə valyuta ehtiyyatlarının yaranmasına səbəb olur və bu da yarıtmaz idarəçilik səbəbindən qazın daxili bazardakı  şişirdilmiş “istehsal və çatdırılma xərcləri” ilə satış qiymətləri arasındakı minus fərqi kompensasiya etmək və əlavə gəlir əldə etmək üçün yetərlidir.
 Lakin onu da bildirmək istəyirik ki, rəsmi qrumların təbii qazın daxili bazarda “hasilat və istehıakçıya çatdırılma” xərclərinin təbii qazın maya dəyərini üstələmək fikiri də ciddi əsasa söykənmir.
SOCAR-ın illik hesabatına görə təbıi qazın maya dəyəri 61.27 manat təşkil edir. Hər 1000 m3 təbii qazın  100 km üçün nəql xərci 2.0 azn və təbii qaz prosesinin idarə edilməsi  üçün 5.5 Azn təşkil edir.  Beləliklə, daxili bazarda  1000m3 təbii qazın  son satış qiyməti 75 Azn  təşkil etdiyi halda,Tarif Şurasının elan etdiyi  yeni qiymətlər maya dəyərindən dəfələrlə çoxdur.
(https://www.socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/socar-reports)
Tarif şurasının  bu və  bundan oncəki (30 iyun 2021-ci il tarixli 8 saylı qərar)məlum qərarını əsaslandırmaq üçün  bildirmişdir ki,  yeni artırılmış qiymətlər  bəzi ölkələrin tarifləri ilə müqayisədə aşağıdır. Belə ki,  qurumun açıqlamasında  2020-ci ildə 1 kub metr təbii qazın əhali üçün qiymətləri Türkiyədə  32-40 qəpik, Ukraynada  54 qəpik, Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik arasında dəyişdiyi qeyd edilib..
Bildirmək istəyirik ki, Tarif Şurasının müqayisə üçün təqdim etdiyi ölkələr - Türkiyə, Ukrayna, Gürcüstan, Belarus qazı xaricdən alaraq öz əhalisinə satır və bu zaman qiymətlərin nisbətən yüksək olması təbiidir və bu iqtisadi qanunlar baxımından da gözləniləndir. Hesab edirik ki,  dövlət qurumunun belə  məntiqsiz  "müqayisəsi “  olduqca qüsurludur  və ictimai rəri  çaşdırıcıdırmaq məqsədi daşıyir.

Onu da qeyd edək ki, OPEC-in qaz hasil edən ölkələr barədə sonuncu hesabatlarına görə, keçmiş SSRİ ölkələri arasında 1 trilyon kub metrdən çox qaz ehtiyatlarına malik olan beş dövlət var və bunlardan biri də Azərbaycandır. Hazırkı tariflərə görə, bu ölkələr sırasında təbii qazı öz əhalisinə ən baha qiymətə satan isə  Azərbaycandır.
Bahalaşan qiyməti nəzərə aldıqda,müqayisə üçün qeyd edə bilərik ki,  hazırda Azərbaycan öz əhalisinə qazın 2500 kub metrdən çox olan hissəsi üçün hər kub metri 25 qəpiyə, Türkmənistan 1 qəpiyə, Özbəkistan 4 qəpiyə, Qazaxıstan 10 qəpiyə, Rusiya isə 13 qəpiyə satır.
Tarif Şurası hesab  edir ki, qiymət artımı təqribən 50 %-ə yaxın  abonenti əhatə edəcək. Qurumun qərarına görə, abonentlərin təqribən 5 milyon nəfər üçün isə təbii qazın qiyməti dəyişməz qalacaq. Lakin bu rəqəmlər  heç də inandırıcı görsənmir. Cünki, 2020-ci ildə ölkə üzrə müzdlu işçilərin sayı 1.7 milyon çivarındadır və bunlardan da   yüksək maaşlı işçilərin payı  heç də yüksək deyil.
Qeyd edək ki, 2019-cu ilin aprel ayında Tarif Şurası 2 saylı qərarı ilə SOCAR-ın  qazın qiymət artımı ilə bağlı müraciətinə  "ölkədə həyata keçirilən sosial siyasətı nəzərə alaraq, təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab edilməsin"cavabını vermiş və əksinə,  təbii qazdan istifadəyə görə, limit  həddini 1700 kub metrdən 2200 kub metrə kimi artırılmışdı.
Lakin onu da bildirmək istəyirik ki,  Azərbaycanda 2019-cu ilə nisbətən 2020-ci ildə əhalinin adambaşına düşən nominal gəlirlərinin həcmi 2.7 % azalaraq 5687 manat həddindən 4898 manat səviyyəsinə enmiş,  2019-cu ilin 9 aylıq nəticələri ilə müqayisədə  isə 2021-ci ilin eyni dövründə əhalinin nominal gəlirləri 2.1 % azalmışdır.
Rəsmi rəqəmlərə istinad etsək, 2021-ci ilin 9 ayı üzrə  istehlak qiymətlərinin  səviyyəsi  2020-ci ilin eyni dövrü ilə müqayisədə 5.2% artmışdır. Rəsmi olmayan hesablamalara görə isə 2021-ci ildə, xüsusilə, son 3 ayda  istehlak  qiymətləri kəskin  artmış və hər bir Azərbaycan insanı bu artımı öz həyatlarında günbəgün hiss edirlər. (https://www.stat.gov.az/news/macroeconomy.php?page=1)
Lakin göstərilən rəsmi rəqəmlərə  və qaz ixrac edən ölkə əhalinsinin   sosial müdafiəsinin qorunmalı olduğunun vacibliyinə  rəğmən  2021-ci ildə qazın istehlak qiymətlərinin aşağı salınması və tətbiq edilən limitin ləğv edilməsi yaxud limit həddinin qaldırılması (heç olmazsa 2019-cu ilin aprel qərarına müvafiq 2200 kub metr həddə qədər) daha məntiqli  və gözlənilən olsa da, əksinə, Tarif Şurası özünün 2021-ci il 16 oktyabr tarixli 13 saylı qərarı ilə əhali üçün illik 1200 kub metrə qədər təbii qazdan istifadəyə görə hər kub metrin qiymətini 20% artıraraq 12 qəpiyə qaldırmış, limit hədlərinin isə olduğu kimi saxlamış və bu zaman 2019-cu ildə olduğu kimi “ ölkədə həyata keçirilən sosial siyasət” yada düşməmişdir.
 Yeri gəlmişkən, elektrik enerjisi istehsalı  ilə bağlı vəziyyt də oxşardır.
Belə ki, elektrik tarifləri də dövlət tərəfindən nizamlanır. Beynəlxalq enerji agentliyi 2020 hesabatına görə1 kvt.s elektrik enerjisinin maya dəyəri Azərenerji tərəfindən  İES-da 4.1 qəpik, kiçik hidroelektrik stansialarında 5 qəpik, külək stan. 5.7 qəpik, digər alternativ mənbələrdən 5.7 qəpik, tranzit haqqı 0.2 qəpik təşkil edir. Belə olan halda Tarif Şurasının daxili bazarda elektrik enerjisinin istehlak qiymətlərinin yenidən bahalaşdırılması başa düşülən deyil və əhalinin indiki sosial durumunun daha da pisləşməsinə xidmət edir.( https://www.iea.org/reports/azerbaijan-energy-profile)
Yuxarıda qeyd edilənləri nəzərə alaraq İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası olaraq:
- Tarif Şurasının təbii qazın, habelə, elektrik enerjisinin daxili bazarda qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qəbul etdiyi son qərarların ölkə əhalisinin maraqlarına cavab vermədiyini bildir və  bu qərarları, xüsusilə, indiki Pandemiya dönəmində vətəndaşların sosial-iqtisadi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq addım kimi qiymətləndirir,
- Hökuməti Tarif Şurasının qəbul etdiyi bu qərarları ləğv etməyə və ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə enerji daşıyıcılarının, o cümlədən, daxili bazarda qazın  və elektrik enerjisinin qiymətlərinə yenidən baxmağa cağırır,
- Hökuməti yenidən MHŞT –yə qayıtmağa və hasilat sənayesində bütün pillələrdə və həyata keçirilən fəaliyyətlədə, o cümlədən, kontraktların açıqlanması, lisenziya şərtləri, xammal ticarəti,tenderlər və satınalmalar sahəsində şəffaflğa nail olumağa səsləyirik”.

 
Muxalifet.az