​Bu qərar reallıqdan uzaqdır - Rusiya

Baxış sayı:
4588

İngiltərənin təqdim etdiyi və BMT İnsan Haqları Şurasının qəbul etdiyi Şərqi Quta ilə bağlı qərar layihəsi reallıqdan uzaqdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-nin Cenevrdəki ofisinin daimi nümayəndəliyinin rəsmisi Aleksey Qoltyayev bildirib.
"Daha öncə də Şərqi Qutadaki vəziyyəti və Suriya ilə bağlı məlumatları arxa planda şərht etmişdik. Araşdırmalardan da aydın olur ki, mübahisələr və səsvermə meydançadakı vəziyyətdən tamamilə uzaqdır", - Qoltyayev söyləyib.
Qeyd edək ki, bu gün BMT İnsan Haqları Şurası Suriya prezidenti Bəşər Əsədin Şərqi Qutada insan haqlarını pozulması ilə bağlı qətnamə qəbul edib.