Bu qidalar ağız qoxusunu yox edir - SİYAHI

Baxış sayı:
5383

Ağız qoxusu sizi cəmiyyət içində utandırıb, pis vəziyyətə sala bilər. İnsanlar bu kompleksdən qurtulmaq üçün müxtəlif yolları sınayır, bəzən isə min bir əziyyətlə də olsa buna nail ola bilmir.Ağız qoxusunu soyuducumuzda olan bəsit qidalarla yox edə bilərik. “Ölkə.Az” bu gün oxucularına bu qidaların siyahısını təqdim edir. Bitkilər Bitkilər nəfəsimizi təmizləyib və təravətləndirmə gücünə malikdir. Bunlardan keşniş, tərxun, nanə ən efektiv vasitələrdəndir. Bu bitkilərin çayını dəmləyib, içsəniz, tezliklə bu probleminizi həll edə bilərsiniz. Bu bitkiləri çeynəyib yemək də oxşar təsirə malikdir. Meyvə və tərəvəzlər Alma, kərəviz və kök kimi sərt meyvə və tərəvəzlər sizə ağız qoxusunu yox etməyə kömək edə bilər. Sitrus meyvələri Sitrus meyvələrinin tərkibində turşuların və C vitamininin zəngin olması ilə yanaşı, ağız qoxusu ilə mübarizədə sizə köməkçi vasitələrdəndir. Bundan əlavə portağal, naringi, qreyfrut və limon kimi meyvələr diş əti xəstəliklərini də müalicə edir. D vitamini D vitamini ağızdakı bakteriyalarla mübarizədə birinci yerdə durur. O müxtəlif yoluxucu bakteriyaları məhv edir və onların yaranmasının qarşısını alır. Bunun üçün tərkibində yüksək D vitamini olan süd, yumurta və qızılbalıqla rasionunuzu zənginləşdirin. Həmçini qatıq və kəsmiyi də qidalanmanıza əlavə edin. Su Sonda siyahımıza başçılıq edən su. Bol su için. Orqanizmə çox xeyirli olan bu maddə ağız qoxusuyla mübarizəyə də liderlik edir.