“Bu qədər Qarabağ əlilinin olması cəmiyyətdə şübhə doğurur” - DEPUTAT

Baxış sayı:
499

“Bu gün cəmiyyətdə varlı ilə kasıb təbəqə arasında böyük uçurum var. Varlılar az, kasıb təbəqə isə çoxdur. Biz bu fərqin aradan qaldırılması yollarını düşünməliyik”. 

Muxalifet.az xəbər verir ki, bunu deputat Yaqub Mahmudov parlamentdə büdcə müzakirələri zamanı deyib. O sual edib ki, bugünkü minimum əməkhaqqı ilə bazardan səbəti doldurmaq mümkün ola bilərmi?: “Təbii ki, yox. Ona görə də minimum əməkhaqqı qaldırılmalıdır və bu bizi düşündürməlidir”. 

Qarabağ müharibəsi əlilləri ilə bağlı problemə toxunan Y. Mahmudov Qarabağ döyüşlərində iştirak etdiyini qeyd edərək bildirib ki, bu gün Qarabağ müharibəsinin əlillərinin sayı reallığı əks etdirmir: “Elə adamlar var ki, onları tanıyıram. Onlar heç Qarabağı tanımırlar, ancaq müharibə veteranı və əlililidir. Çünki bu qədər Qarabağ əlilinin olması cəmiyyətdə şübhə doğurur. Biz ələ baxımlılıqdan qurtulmalıyıq. Hamı bir yolla dövlətdən bir yolla qopartmağa çalışır. Bunun qarşısı alınmalıdır. Milləti işləməyə öyrətməliyik. Əlilliklə, zəlilliklə dövlətdən qoparmaqdan xilas olmalıyıq. Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Amma yorğanın altında da nə baş verdiyini bilməliyik”.