​Bu qədər insanın Aşurada qan verməsi... - Millət vəkili

Baxış sayı:
5002

Bu gün səhər Aşura günü ilə bağlı Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyasında iştirak edib qan verdiyim zaman insanlarımızın bu aksiyada fəallığından çox məmun oldum.
Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva qeyd edib. O bildirib ki, məhz Aşura günü ediləcək ən gözəl əməllərdən biri bu aksiyadır:
“5539 nəfərin qan verdiyi barədə rəsmi açıqlamanı oxudum. Bu, nə qədər xəstə insana dəstək deməkdir. Təşkilatçılar da, iştirak edənlər də sağ olsunlar. Allah Aşura gününün sözün əsl mənasında anlamını dərindən dərk edə bilməyi hər bir insana nəsib etsin, dualarınızı qəbul etsin”.